İran

Zəncanın Cümə imamı: “Zəncanın məşhurları gənc nəsilə tanıdılmalıdır”

hajiinfo

Zəncanın Cümə imamı: “Zəncanın məşhurları gənc nəsilə tanıdılmalıdır”

Fərqli Baxışın verdiyi xəbərə görə, Zəncanın cümə imamı Höccətülislam Seyyid Mustafa Hüseyni bu həftəki xütbəsində İran-İslam kimliyinin möhkəmləndirilməsi və Zəncanın mədəni potensialının geniş şəkildə tanıdılması zərurətini vurğulayıb.

Cümə imamının bildirdiyinə görə, mədəniyyət qurumları və media Şəhid Şəhriyarinin elmi və mənəvi şəxsiyyəti də daxil olmaqla, Zəncanın məşhurlarının təbliğinə daha ciddi yanaşmalıdır. Hüseyni bildirib ki, Şəhid Şəhriyari və Şəhid Fəxrizadə iman, sadəlik və elmi fədakarlığın nümunələridir və onların həyatı xüsusi olaraq gənc nəslə çatdırılmalıdır.

Höccətülislam Hüseyninin dediyinə görə, Ali Məqamlı Rəhbərin mesajında vurğulanan kimi, iqtisadi, media və mədəniyyət sahəsindəki təzyiqlərdən çıxış yolu ölkənin “Bəsic təfəkkürü” ilə idarə olunmasından keçir.

O, Məclis Günü münasibətilə deputatları nəzarəti gücləndirməyə, şəffaflığı artırmağa və istehsal sahəsini dəstəkləməyə çağırıb.

Cümə imamı bildirib ki, Zəncanın “Zeytun Günü” və şəhərin yüksək kənd təsərrüfatı imkanları barədə məlumatların ictimaiyyətə düzgün çatdırılmasında mövcud boşluqlar aradan qaldırılmalıdır.

Fərqli baxış

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha