İran

Tehranın Cümə imamı: “Hava çirkliliyi dövlətin birinci prioriteti olmalıdır”

hajiinfo

Tehranın Cümə imamı: “Hava çirkliliyi dövlətin birinci prioriteti olmalıdır”

Fərqli Baxış-ın verdiyi xəbərə görə, Tehranın cümə imamı Höccətülislam Seyyid Məhəmmədhəsən Əbu Turabi Fərd bu həftəki xütbəsində İranın milli qüdrətinin artması üçün səmərəliliyin əsas amil olduğunu vurğulayıb və Prezidentdən hava çirkliliyi problemini şəxsən prioritetləşdirməsini tələb edib.

Cümə imamının bildirdiyinə görə, Tehrandakı hava çirkliliyinin təxminən 60 faizi qalıq yanacaqlardan qaynaqlanır. O qeyd edib ki, bu il zərərli günlərin sayı ötən illə müqayisədə həssas qruplar üçün 40%, ümumi əhali üçün isə üç dəfə artıb. Əbu Turabi Fərd avtomobil istehsalçılarını qalıq yanacaq istifadəsini minimuma endirmək üçün əvvəlcə hibrid, daha sonra isə elektrikli avtomobil istehsalına keçməyə çağırıb.

Cümə imamı bildirib ki, yüksək yanacaq istehlakı iqtisadiyyata ciddi zərər vurur, dövlət aparatını şişirdir, büdcədə disbalans yaradır və inflyasiyanı gücləndirir. Onun sözlərinə görə, kapitalın, işçi qüvvəsinin, suyun və enerjinin məhsuldarlığını artırmaq ölkənin real inkişaf yolu olaraq qalır.

Əbu Turabi Fərd həmçinin Ali Məqamlı Rəhbərin tövsiyələrinə istinad edərək, milli vəhdətin güc yaratmaqda əvəzsiz dəyər daşıdığını bildirib və xalqın hökumətə dəstəyinin vacibliyini vurğulayıb.

Höccətülislam Əbu Turabi Fərdin dediyinə görə, namazın birinci hissəsində o, Həzrət Fatimə Zəhranın (sə) şəhadətinə toxunaraq, onun iman və saleh əməldən düzgün istifadənin nadir nümunəsi olduğunu qeyd edib və gənclərə təqva, ağıl və iman əsasında ailə qurmağı tövsiyə edib.

Fərqli baxış

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha