Ərdəbilin Cümə imamı: “Tətil qərarı böyük səhvdir”
Fərqli Baxışın verdiyi xəbərə görə, Ərdəbilin cümə imamı Ayətullah Seyyid Həsən Amili bu həftəki xütbəsində sərmayə qoyuluşu konfransına görə çərşənbə və cümə axşamı idarə və məktəblərin bağlanmasını kəskin tənqid edib və bu qərarı böyük bir səhv adlandırıb.
Cümə imamının bildirdiyinə görə, belə sərgilərin keçirilməsi şəhərin idarə və universitetləri ilə heç bir bağlılığa malik deyil. O qeyd edib ki, insanın əsas sərvəti onun vaxtıdır və vaxt itkisi inkişafın qarşısını alan ən ciddi amillərdəndir. Ayətullah Amili Koreyada insanların Yaponiyanı bir gün geridə qoymaq üçün elektrik enerjisinin bir gün kəsilməsinə razı olduğunu misal gətirərək, vaxta qarşı həssaslığın vacibliyini vurğulayıb.
Höccətülislam Amilinin dediyinə görə, Saqqızçı və Süha gölü arasındakı meşələrə odun qaçaqmalçıları tərəfindən kütləvi hücumlar edilib. O, Qaynaqlar İdarəsinin müdirini qətiyyətsizlikdə ittiham edərək onu ya istefa verməyini, ya da kəsilən ağacların ikiqatının əkilməsini tələb edib. Ayətullah Amili ağacların kəsilməsini böyük günah adlandıraraq, bunun iqlim dəyişikliyi, quraqlıq və sel kimi fəsadlara səbəb olduğunu bildirib. O əlavə edib ki, meşələrə zərər vuran cinayətkarlar barədə məhkəmə çəkindirici qərarlar verməlidir.
Cümə imamı bildirib ki, bir sıra mədəni proqramlar da tamamilə səhvdir və bu fəaliyyətlər dövlətin zəiflədilməsinə xidmət edir.
Xütbənin davamında o, camaatın tövbəyə əhəmiyyət verməsinə işarə edərək yağış namazına hazırlaşmağa çağırıb.
Fərqli baxış

