İran

İranın Qərb Sahilindəki İsrail cinayətlərinə reaksiyası

hajiinfo

İranın Qərb Sahilindəki İsrail cinayətlərinə reaksiyası

Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi, Qərb Sahilində İsrail rejiminin davamlı cinayətlərini, sakinlərin öldürülməsi və işgəncələrini qətiyyətlə pisləyib.

Sözçü qeyd edib ki, İsrail hərbçiləri və sakinləri Nablus və Cenin fələstin düşərgələrinə davamlı hücum edir, fələstinliləri qətlə yetirir, qanunsuz həbs edir və evlərini, kənd təsərrüfatı sahələrini dağıdır. O, dünya ictimaiyyətini bu vəhşiliklərə diqqət yetirməyə çağırıb.

XİN sözçüsü həmçinin insan hüquqları təşkilatlarının fələstinli uşaqların uzunmüddətli həbsini və bir çox əsirin işgəncə nəticəsində ölməsini qeyd edən hesabatlarına istinad edib, dünya ictimaiyyətinin, xüsusilə BMT və BMT İnsan Hüquqları Şurasının fələstinlilərin hüquqlarının kobud pozulmasına müdaxilə etməsi zərurətini vurğulayıb və bu cinayətləri insanlığa qarşı cinayət kimi qeydə alıb, İsrail cinayətkarlarının məhkəmə cəzasına cəlb olunmasını tələb edib.

Fərqli Baxış

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha