🗓 29 sentyabr 2025
⏰ 04:27
Şimali Kipr Türk Respublikası (ŞKTR) Prezidenti Ersin Tatar bəyan edib ki, Türkiyənin Kipr adasındakı hərbi varlığı qırmızı xəttdir.
Fərqli Baxış xəbər verir ki, dövlət başçısı bu fikri Nyu-Yorkda BMT Baş katibi Antoniu Quterreş və Kipr Prezidenti Nikos Xristodulidis ilə görüşlərdən sonra vətənə qayıdarkən hava limanında keçirdiyi mətbuat konfransında səsləndirib.
🔹 E.Tatar bildirib ki, Kipr məsələsinin həlli yalnız “iki dövlət” prinsipi əsasında mümkündür. Onun sözlərinə görə, görüşlərdə şimal və cənub dövlətlərinin əməkdaşlıq perspektivləri gündəmə gətirilsə də, yunan tərəfi buna isti yanaşmayıb.
❝Biz embarqoların aradan qaldırılmasını gözləyirik, lakin bunun əksi olur. Üstəlik, qarşı tərəf təcavüzkar davranışlar sərgiləməyə davam edir❞ – deyə Tatar əlavə edib.
🔸 ŞKTR Prezidenti həmçinin Xristodulidisin “onun gərgin olması” barədə iddialarını təkzib edib.

