Kateqoriyasız

Çində “iPhone 17” yığanlar qul kimi işlədilir

hajiinfo

Çinin Çjençjou şəhərində yerləşən “Foxconn” zavodunda işçilər ağır əmək şəraitində çalışmaq məcburiyyətində qalır.

Fərqli Baxış xəbər verir ki, bu barədə “China Labour Watch” təşkilatının Financial Times-da dərc olunan hesabatında məlumat yer alıb.

Bildirilir ki, işçilər cüzi maaş almaq üçün iş vaxtından artıq işləyir, tez-tez isə istirahət günləri olmadan çalışmalı olurlar. Məzuniyyətlərin verilməməsi zavoddakı prosesi faktiki olaraq qul əməyinə çevirib.

Fabrikdə işçilərin 50%-dən çoxu – təxminən 200 min nəfər “mövsümi işçi” statusunda işə götürülüb. Halbuki Çin qanunvericiliyi bu limiti 10% olaraq müəyyənləşdirir.

İşçilər həftədə orta hesabla 60 saat işləyirlər. Bəziləri isə istirahətdən imtina etdiyindən onların iş həftəsi 75 saata qədər uzanır.

Əsas maaş isə ayda cəmi 2100–2400 yuan (təxminən 570 manat) təşkil edir. Üstəlik, maaşların gecikdirilməsi də adi hal alıb.

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha