Azərbaycan

BMT-də Azərbaycanın bəyanatı səsləndirilib: İnsan hüquqları mexanizmləri ikili standartlardan azad edilməlidir

hajiinfo

 

Azərbaycan BMT-nin insan hüquqları orqanları və mexanizmləri ilə konstruktiv dialoq və əməkdaşlığa sadiq qaldığını bir daha təsdiq edib.

Fərqli baxış xəbər verir ki, bu, Azərbaycanın BMT İnsan Hüquqları Şurasında 5-ci gündəm maddəsinin müzakirəsi zamanı səsləndirilən bəyanatında qeyd olunub.

Bəyanatda bildirilib: “Biz xüsusi prosedurların mandatını daşıyan şəxslərin işinə böyük əhəmiyyət veririk. Onların fəaliyyəti ciddi şəkildə mandatları çərçivəsində, beynəlxalq hüquqa, BMT Nizamnaməsinə, müvafiq qətnamələrə və Davranış Kodeksinə tam hörmətlə həyata keçirilməlidir. Üzv dövlətlərlə konstruktiv əməkdaşlıq vacibdir və dövlətlər tərəfindən təqdim edilən məlumatlar əməkdaşlıq ruhu ilə lazımi şəkildə nəzərə alınmalıdır”.

Azərbaycan vurğulayıb ki, insan hüquqları mexanizmləri ilə həqiqi dialoq daha yaxşı anlaşmanı təşviq edə və sistemin effektivliyini gücləndirə bilər.

“Biz insan hüquqlarının təşviqi və müdafiəsi üçün daha geniş səylərimizin bir hissəsi kimi BMT-nin insan hüquqları mexanizmləri ilə fəal şəkildə əməkdaşlığa davam edəcəyik”, – bəyanatda qeyd olunub.

Sənəddə əlavə olunub ki, BMT-nin səkkiz dekadalıq fəaliyyətinə nəzər saldıqda insan hüquqları mexanizmlərinin effektiv, şəffaf, siyasiləşmədən və ikili standartlardan azad olması üçün səylərin artırılması vacibdir. Bu yolla dünyada insan hüquqlarının təşviqi və müdafiəsinə kollektiv öhdəlik daha da irəli aparılmalıdır.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha