İsrail qəzeti: İranın raket hücumlarının dağıtdığı binalar hələ bərpa olunmayıb
Haaretz xəbər verir ki, İranın raket hücumları nəticəsində dağılan binaların maliyyə problemləri, hüquqi çətinliklər və İsrail kabinetindəki daxili mübahisələr səbəbindən bərpası hələ başlanmayıb. Aylar keçməsinə baxmayaraq, hökumət rəsmi bərpa və ya yenidənqurma əməliyyatına başlamayıb və yüzlərlə ailə hələ də qeyri-müəyyən vəziyyətdə yaşayır.
Siyasi partiyalar arasında bərpa işlərinin başlanması ilə bağlı mübahisələr davam edir, yüzlərlə sionist isə evləri dağıldığı və ya ciddi ziyan gördüyü üçün hələ də sığınacaqlarda, müvəqqəti yaşayış yerlərində və ya təcili yaşayış məkanlarında qalır. Onlar artan kirayə xərcləri və bərpa işlərinin nə zaman başlayacağı barədə qeyri-müəyyənliklə üzləşiblər, İsraildə müharibədən sonra ən böyük bərpa proqramı isə hələ Knesset-in qapalı qapıları arxasında gözləməkdədir.
Fərqli Baxış

