Azərbaycan

Paytaxtda ödənişli hərəkət zonaları yaradılır

hajiinfo

Bakı şəhərinin mərkəzinə giriş ödəniş qarşılığında olacaq. Bu, Prezident İlham Əliyevin imzaladığı “Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” fərmanda öz əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti üç ay ərzində paytaxtın inzibati ərazisində ödənişli hərəkət zonalarının yaradılması və bu zonalara daxilolma haqqının məbləği ilə bağlı təkliflərini hazırlayıb Prezidentə təqdim etməlidir.

Qanunvericilikdə nəzərdə tutulur ki, ödənişli zonalara daxilolma haqqı “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondunun maliyyələşmə mənbələrindən biri olacaq.

Bəs sistem necə işləyəcək? Nəzarət hansı üsullarla həyata keçiriləcək və giriş haqqı nə qədər olacaq?

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha