Zəncan İmam-cüməsi Rusiyadakı soydaşlarımıza təşəkkür etdi
İranın İmam Hüseyn (ə) şəhəri olan Zəncan son müharibə zamanı ABŞ və sionist rejim tərəfindən şiddətli hücumlara məruz qalmışdı. Fərqli Baxış Sankt-Peterburq Hüseyniyyəsinə istinadən xəbər verir ki, şəhərinin qeyrətli möminləri birgə səyləri nəticəsində böyük bir məbləğ toplanaraq Zəncan əhalisinə çatdırılıb.
Rusiyadakı möminlər Zəncandakı bacı və qardaşlarına yardım əlini uzadaraq 250 min rubl (4,5 milyard İran rialı) məbləğində kömək etmişlər. Bu vəsait hesabına şəhərin zərər görmüş Böyük Hüseyniyyəsinin ətrafında yaşayan 37 ailəyə ərzaq və digər yardımlar çatdırılıb.
Şəhid rəhbərin Zəncan vilayəti üzrə nümayəndəsi və imam-cüməsi Höccətül-İslam vəl-Müslimin Seyyid Hüseyni bu video vasitəsilə öz təşəkkürünü əziz möminlərə çatdırıb.
Xatırladaq ki, bu Hüseyniyyə Təbriz xalqına genişmiqyaslı yardımlar edib.
Allah qəbul eləsin və hər kəsdən razı olsun!
Fərqli baxış

