Azərbaycan

Rusiya azərbaycanlıları İrana yardımlar edir

hajiinfo

Rusiya azərbaycanlıları İrana yardımlar edir

İranın Təbriz şəhəri və ətrafları son müharibə zamanı ABŞ və sionist rejim tərəfindən şiddətli hücumlara məruz qalıb. Fərqli Baxış “Hüseyniyyə”yə istinadən xəbər verir ki, Sankt-Peterburq şəhərinin qeyrətli möminləri meydana çıxaraq öz bacı və qardaşlarına yardım əlini uzatmış, 250 min rubl (4,5 milyard İran rialı) məbləğində bu terror hücumlarında zərər çəkmiş İran azərilərinə kömək etmişlər. Bu vəsait hesabına zərər görmüş 40 ailəyə ərzaq və digər yardımlar çatdırılıb.

Qeyd edək ki, bundan öncə də soydaşlarımızın Sankt-Peterburq Hüseyniyyəsindəki birgə səyləri nəticəsində Zəncan şəhərinin əhalisinə də irimiqyaslı maddi yardımlar göstərilib.

Fərqli baxış

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha