Trampın “Sülh Şurası” Qəzzədə BSQ bölgələrini təyin etdi
Trampın özünü müddətsiz rəhbər təyin etdiyi “Sülh Şurası” Qəzzə zolağında beynəlxalq sabitləşdirmə qüvvələrinin (BSQ) yerləşdirilmə zonalarını müəyyən edib.
Kosovo (Avropa) – Şimali Qəzzə
Qazaxıstan (Asiya) – Qəzzə şəhəri
Albaniya (Avropa) – Deyr Əl-Bəlah
Mərakeş (Afrika) – Xan Yunis
İndoneziya (Asiya) – Rəfah
Plana əsasən bu ölkələr Qəzzədə ümumi sayı 20 min olacaq BSQ (hərbi kontingent), Misir və İordaniya isə 12 min polis işçiləri yerləşdirəcək.
Bu qüvvələr HƏMAS-ın hərbi infrastrukturunun tərksilah edilməsi, tunel şəbəkəsinin məhv edilməsi və silahların müsadirə edilməsinə cavabdeh olacaqlar.
Bütün bu 20 minlik müsəlman qoşununa ABŞ generalı Casper Ceffers komandanlıq edəcək. Ona da komandaları, aydındır ki, İsrail verəcək (ya birbaşa, ya da Tramp vasitəsilə).
Sionistlər necə də hiyləgərcəsinə düşünüblər: İsrailin 2 il ərzində edə bilmədiyinə müsəlmanların vasitəsilə, onların canlı qüvvələri və pulu ilə nail olmaq.
HƏMAS tərksilah olandan sonra İsrail ordusu hansısa bəhanə ilə (onsuz da soruşan olmayacaq – indi hər gün onlarla fələstinlini nə üçün öldürdüyünü soruşmadıqları kimi) yenidən Qəzzəyə hücum edərsə, həmin bu BSQ və polis SAXALa müqavimət göstərəcəklərmi? Məncə, cavabı məlumdur.
Asif Şəfəqqətov.
Fərqli baxış

