Azərbaycan ruhaniləri müqəddəs Qumda maşınlarla yürüş keçirib


Martın 4-dən İranda təhsil alan azərbaycanlı tələbələr və ruhanilər kütləvi aksiyalara başlayıblar. Fərqli Baxış xəbər verir ki, bu aksiyalar İslam İnqilabına dəstək məqsədilə keçirilir. Aksiyalar zamanı maşın və motosikletlərlə küçə və xiyabanlarda yürüş edərək İslam İnqilabına dəstək şüarları səsləndirilməsi nəzərdə tutulur.


İlk belə aksiya martın 4-ü gecə saat 20:00-da başlayıb. Müqəddəs Qumun Pərdisan rayonundakı İmam Sadiq (ə) məscidinin yanından başlayaq yürüş Xatəmül-Ənbiya (s) məscidində yekunlaşıb. Yürüş boyu İslam və İran xalqına dəstək məqsədilə Şəhid Rəhbərin plakatları və İran bayraqları nümayiş olunub.


Qeyd edək ki, azərbaycanlı tələbələr bu aksiyanı 1 həftə boyunca davam etdirəcəklər. Redaksiyamız ilk aksiyadan hazırladığı video materialı sizlərə təqdim edirik.
Fərqli baxış
https://t.me/ferqlibaxish/23466

