Seyid Ammar Hakim: Yalnız dialoq bölgədə sabitliyin yoludur / İraqda güclü hökumətin qurulmasının vacibliyinə vurğu
Fərqli baxış xəbər verir ki, İraq Milli Hikmət Hərəkatının lideri Seyid Ammar Hakim son parlament seçkilərinin uğuruna işarə edərək, bunu İraq xalqının siyasi sistemə sadiqliyinin və demokratik mexanizmlər vasitəsilə inkişaf iradəsinin göstəricisi hesab edib. O, qeyd edib ki, xalqın geniş iştirakı qüvvələrin sürətlə güclü, hərtərəfli və bütün qrupları əhatə edən hökumət qurmaq məsuliyyətini ikiqat artırır.
Hakim həmçinin bölgədə iqlim dəyişikliklərindən yaranan təhdidlərdən danışıb, quraqlıq, su çatışmazlığı və iqlim nəticələrinə qarşı birgə xəritə hazırlanmasını tələb edib və xəbərdarlıq edib ki, əgər xalqlar həyati resurslarını itirsə, heç bir sabitlik və inkişaf mənasız olar.
Fərqli Baxış

