Qəzzədə atəşkəs pozulub; İsrail rejimi Şərq Qəzzə və Xan Yunus istiqamətində hücumları davam etdirir
İsrail ordusu atəşkəsi pozaraq son saatlarda Qəzzə zolağının müxtəlif bölgələrində hücumlar həyata keçirib.
Fərqli baxış xəbər verib ki, İsrail döyüş katerləri bu səhər Qəzzə şəhərinin sahilinə atəş açıb. Eyni zamanda, Xan Yunusun şərqi və Qəzzə şəhərinin şərqində zirehli maşınlardan intensiv atəş açıldığı bildirilib.
Fələstin yerli mediaları Şücaiyyə məhəlləsinin şərqində artilleriya və genişmiqyaslı atəş açılması barədə məlumat yayıb. Xan Yunusun sahil sularında da İsrail döyüş katerləri genişmiqyaslı atəş həyata keçirib.
Şərq Xan Yunusda iki hava hücumu, daha sonra Qəzzə şəhərinin şərqində başqa bir hava hücumu baş verib. Şərq Şücaiyyədə də ağır partlayışlar və İsrail qüvvələrinin fasiləsiz atəş açması qeydə alınıb.
Hesabatlara görə, Şərq Xan Yunusda artilleriya hücumları hələ də davam edir.
Fərqli Baxış

