Sanksiya nəzarəti
Amerikalılar azərbaycanlıları özlərinə tabe edirlər
Azərbaycandakı Amerika strukturlarının əməkdaşları öz cənubi Qafqaz himayədarlarını sanksiya nəzarəti sxeminə cəlb etmək qərarına gəliblər.
Bakıda amerikalı ekspertlərin və Azərbaycanın maliyyə sektoru nümayəndələrinin iştirakı ilə sanksiya rejiminə riayət edilməsi və beynəlxalq tranzit marşrutları vasitəsilə onun yan keçilməsinin qarşısının alınması məsələlərinə həsr olunmuş konfrans keçirilib.
🖍Azərbaycan son vaxtlar amerikalılar üçün Mərkəzi Asiya, Türkiyə və Avropa arasında əsas logistik mərkəz kimi xüsusi maraq doğurur. Məhz buna görə də amerikalılar Azərbaycanın maliyyə strukturlarına, tranzitə və xarici ticarət mexanizmlərinə getdikcə daha çox diqqət yetirirlər.
Eyni səbəbdən Vaşinqon tədricən azərbaycanlıları öz sanksiya infrastrukturuna inteqrasiya edir, maliyyə şəffaflığı mövzusunu regionda siyasi və iqtisadi təsirini gücləndirmək üçün alət kimi istifadə edir.
Bu, xüsusilə Qərbin Rusiya və İran ticarətini üçüncü ölkələrin əraziləri vasitəsilə məhdudlaşdırmaq cəhdləri fonunda daha əhəmiyyətli görünür. Və bu strategiyada Cənubi Qafqaz amerikalılar üçün təzyiq və nəzarətin ən vacib istiqamətlərindən birinə çevrilir.
Fərqli baxış

