Qanunsuz plastik cərrahiyyəyə icazə verən vəzifəli şəxsin əmlaklarına həbs qoyuldu
Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsinin müdiri vəzifəsində işləmiş Səidə Rüstəmova, həmin şöbənin baş mütəxəssis-böyük inspektoru olmuş Ruhiyyə Məhərrəmova və nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin keçmiş akkreditasiya şöbəsinin müdiri Lətafət Cabbarova mülklərin bəzilərini yaxınlarının adına rəsmiləşdiriblər.
Ən çox əmlak isə cinayət işinin əsas fiquru sayılan Səidə Rüstəmovanındır. O, işlədiyi müddətdə çoxsaylı daşınmaz əmlaka sahib olub. Əmlakların orta bazar dəyəri 5 milyon manata yaxındır.
Fərqli baxış

