İran

İranlı komandan: Düşmən İHA sahəsindəki uğurlarımızdan istifadə etmək istəyir

hajiinfo

İranlı komandan: Düşmən İHA sahəsindəki uğurlarımızdan istifadə etmək istəyir

İran İnqilab Keşikçiləri Korpusunun sözçüsü briqada generalı Əli Məhəmməd Naini bildirib: “Düşmən İHA sahəsindəki uğurlarımızdan istifadə etmək istəyir.”

ABŞ-ın İran istehsalı olan Şahid-136 İHA-larının klonlarını operativ şəkildə istifadəyə başlamasını şərh edən İnqilab Keşikçiləri Korpusunun sözçüsü briqada generalı Əli Məhəmməd Naini deyib: “İran istehsalı pilotsuz uçuş aparatları müxtəlif müdafiə qatlarını deşir. Düşmən bu uğurların necə əldə olunduğunu öyrənərək İHA sahəsindəki nailiyyətlərimizdən faydalanmaq istəyir”.

ABŞ ordusu, İranın döyüş meydanlarında böyük təsir yaradan Şahid-136 kamikadze İHA-sını tərsinə mühəndislik üsulu ilə kopyalayaraq inkişaf etdirdiyi LUCAS sistemini ilk dəfə Yaxın Şərqdə operativ hərbi birliyin silahlanmasına daxil edib.

Fərqli Baxış

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha