Qəzzədə minlərlə meyiti tapmaq üçün yalnız bir qazma maşını işləyir!
Qəzzə Təxliyə və Xilasetmə Xidmətinin sözçüsü bildirib ki, dağıntıların təmizlənməsi və itkinlərin axtarışı çox yavaş gedir və ağır texnikanın olmaması xilasetmə əməliyyatlarını demək olar ki, iflic edib.
Mahmud Basl izah edib ki, ağır texnikanın Qəzzəyə girişi demək olar ki, sıfırdır və hazırda yalnız mərkəzi bölgədə bir qazma maşını işləyir. Baslın sözlərinə görə, bu maşın sonrakı mərhələlərdə Qəzzə və şimal bölgələrinə köçürüləcək, amma fəlakətin miqyası və dağıntıların həcmi ilə müqayisədə gücü tamamilə yetərsizdir.
Fərqli Baxış

