Guardian: Almaniya illərlə vətəndaşlarına “müharibə pisdir” deyə tərbiyə verdi, amma indi onları hərbi xidmətə göndərmək istəyir!
Fərqli baxışın verdiyi xəbərə görə, Guardian qəzeti “Mitu Sanyal” (alman jurnalisti) tərəfindən yazılmış bir məqalə dərc edib:
“Mən böyüyəndə ən Alman cümləsini belə təsəvvür edirəm: “Biz iki dünya müharibəsi uduzduq və bununla qürur duyuruq. İkinci Dünya Müharibəsini uduzduqdan (və ya üstünlük verdiyimiz kimi, müttəfiqlər tərəfindən azad edildikdən) sonra and içdik ki, “bir daha heç vaxt!”
Biz o qədər hərbiyə qarşı olduq ki, hətta polislərimizə yaşıl forma verirdik ki, daha çox meşə gözətçisinə oxşasınlar, əsgərə yox. Amma indi kansler ordumuzun Avropanın ən güclü ordusuna çevrilməsini istəyir.
Almaniyanın Protestant Kilsəsi də bu ay müharibə və nüvə bomba haqqında mövqeyini yenidən nəzərdən keçirib və sonra belə nəticəyə gəlib ki bu çətin dövrdə, Xristian pasifizmi əxlaqi cəhətdən əsaslandırıla bilməz.”
Fərqli baxış

