İran prezidenti Məsud Pezeşkian Türkiyəyə səfərə yollanıb.
İran lideri BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində Antalyada keçiriləcək Liderlər Sammitində iştirak edəcək.
Səfər zamanı Məsud Pezeşkianın bir sıra ikitərəfli görüşlər keçirəcəyi də gözlənilir.
“BMT-nin 31-ci İqlim Dəyişikliyi Konfransında iştirak etmək iqlimin, regionumuzun vəziyyətini və mövcud problemləri müzakirə etmək üçün yaxşı fürsətdir. Biz müharibə və təcavüzün dağıdıcı nəticələrindən danışmaq, həmçinin ABŞ və İsrailin İranın və regionun ətraf mühitini məhv etməyə yönəlmiş hərəkətləri ilə bağlı mövqeyimizi açıqlamaq niyyətindəyik”, – deyə İran prezidenti yola düşməzdən əvvəl bildirib.

