dünya

İsrail HƏMAS-la bağlı çağırış etdi

admin info

İsrail beynəlxalq vasitəçiləri ABŞ Prezidenti Donald Trampın sülh planının reallaşdırılması üçün Fələstinin HƏMAS hərəkatının Qəzza zolağının bütün ərazisində dərhal tərk-silah olunmasını tələb etməyə çağırıb.

bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun dəftərxanasının bəyanatında deyilir.

“İsrail Prezident Trampın 20 bəndlik planının reallaşa bilməsi üçün vasitəçiləri HƏMAS-dan Qəzzanın bütün ərazisində dərhal tərk-silah olunmasını tələb etməyə çağırır”, – bəyanatda deyilir.

Dəftərxanadan vurğulayıblar ki, ABŞ-nin planına əsasən, bərpa işlərinə başlanmazdan əvvəl HƏMAS silahı yerə qoymalı, Qəzza zolağı isə hərbsizləşdirilməlidir.

“İndiyədək HƏMAS bir ədəd də olsun silah təhvil verməyib”, – bəyanatda deyilir.

Dəftərxanadan əlavə ediblər ki, İsrail ABŞ və Sülh Şurası ilə sıx əməkdaşlıq edir, Trampın planının uğurla həyata keçirilməsinə sadiq qalır.

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha