Nyu-Yorkda Britaniyanın konsulluğu qarşısında “İsrail”ə silah göndərilməsinə etiraz yürüşü
Onlarla hüquq müdafiəçisi və Fələstin tərəfdarı Nyu-York şəhərində Britaniyanın konsulluğu qarşısında etiraz aksiyası keçirərək, Londondan sionist rejimə silah göndərilməsi siyasətinə və Fələstin tərəfdarı fəalların həbsinə etiraz ediblər.
Aksiyada iştirak edənlər, 40 gündən artıq aclıq aksiyasında olan və heç bir məhkəmə olmadan həbsdə saxlanılan fəallara dəstək nümayiş etdiriblər. Etirazçılar bu həbslərin birbaşa olaraq həmin şəxslərin Fələstin xalqının hüquqlarını müdafiə fəaliyyətləri ilə bağlı olduğunu bildiriblər.
Etirazçılar həmçinin Britaniyanın Qəzzədə mülki şəxslərə qarşı hücumlarda istifadə olunan silahların istehsalı və göndərilməsində rolunu pisləyib, şüarlar səsləndirərək həbs olunanların dərhal azad olunmasını, ədalətli məhkəmə təmin edilməsini və “İsrail”ə silah göndərilməsinin dayandırılmasını tələb ediblər.
Təşkilatçılar qeyd ediblər ki, fəalların həbsinin davam etməsi və silah ixracının sürməsi, Britaniya hökumətinin Qəzzədə zorakılığı və humanitar fəlakəti artırmaqda iştirak etdiyinin göstəricisidir.
Fərqli Baxış

