HƏMAS: “İsrail” atəşkəs razılaşmasının bütün bəndlərini pozub
HƏMAS hərəkatının rəhbərlərindən Qazi Həmd əl-Cəzairiya telekanalına bildirib ki, işğalçı sionist rejim müharibəni dayandırmaq razılaşmasının mətni ilə manipulyasiya edib və heç bir bəndi pozmadan saxlamayıb.
O vurğulayıb ki, vasitəçilər açıq şəkildə bildirib ki, HƏMAS razılaşmanı pozmayıb və onun bütün müddəalarına tam əməl edib.
HƏMAS rəhbəri əlavə edib ki, İsrailin razılaşmanı təkrarlanan şəkildə pozması əvvəlcədən planlaşdırılmış və dövlət səviyyəsində qəbul edilmiş qərarın göstəricisidir.
Qazi Həmdin sözlərinə görə, bu pozuntular qətllər, yerində edamlar, vətəndaşlara atəş açılması, müxtəlif ərazilərin bombardmanı və hədəfli sui-qəsdləri əhatə edib.
HƏMAS lideri bildirib ki, işğalçı qüvvələr “sarı xətt”dən uzaqlara, bəzən iki kilometrədək məsafəyə qədər pozuntular ediblər.
O əlavə edib ki, razılaşmanın icrasından bəri İsrail tərəfindən 813-dən çox pozuntu qeydə alınıb və orta hesabla gündə 25 pozuntu baş verib.
Fərqli Baxış

