UFC-nin sabiq çempionu Həbib Nurməhəmmədov Osman və Ömər Nurməhəmmədovların Əbu-Dabidə həbsdən azad edilməsi ilə bağlı yayılan məlumatlar fonunda Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) çəkilmiş kadrlarda görünüb.
sözügedən görüntüləri döyüşçü Sayqid İzaqaxmayev özünün sosial şəbəkə hesabının hekayə bölməsində paylaşıb.
Kadrlarda “Mercedes-Benz Gelandewagen” markalı avtomobili idarə edən Həbibin gülümsəyərək şəhadət barmağını yuxarı qaldırdığı əks olunub.


