İran

Hörmüz boğazında dəniz minalarına düşən iki qayda pozan neft tankeri güclü partlayışdan sonra batıb

admin info

Bu tankerlər cinayətkar ABŞ ordusunun yalanı və dəstəyi ilə bütün aşkarlama və mövqeləndirmə sistemlərini söndürərək gizli şəkildə keçməyə cəhd ediblər. Lakin dəniz minalarına düşdükdən və çox güclü partlayış baş verdikdən sonra alov içində yanmaqda davam edirlər.

Qeyd etmək lazımdır ki, həmin gəmilərdən biri iki milyon bareldən çox xam neft daşıyan supertanker olub. Güclü partlayış və şiddətli yanğından sonra gəmi Fars körfəzinin cənub sularında batıb.

Bu ərazilərdə balıq ovu ilə məşğul olan balıqçılara batmış neft tankerinin qalıqları ilə toqquşma təhlükəsinin qarşısını almaq üçün təhlükəsizlik tədbirlərinə riayət etmələri tövsiyə olunur.

SEPAH-ın Hərbi Dəniz Qüvvələri neft tankerlərinin sahiblərinə, gəmiçilik şirkətlərinin rəhbərlərinə və gəmilərin heyət üzvlərinə Hörmüz boğazının qadağan olunmuş zonasına yaxınlaşmamaq barədə xəbərdarlıq etməklə yanaşı, ABŞ-nin təcavüzkar ordusunun hiyləsinə uymamağı tələb edir!

Hörmüz boğazında İranın müəyyən etdiyi qaydaları pozaraq qadağan olunmuş və minalanmış əraziyə daxil olan bütün gəmilərin aqibəti belə olacaq.

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha