Neftin qiyməti 106 dolları keçdi
Brent neftinin qiyməti geosiyasi gərginliklər və qlobal tədarükün azalması ilə bağlı narahatlıqlar fonunda yenidən artım trendinə girərək bir barel üçün 107 dollar həddinə yaxınlaşıb.
Eyni zamanda ABŞ-ın “JPMorgan” bankı qlobal neft ehtiyatları ilə bağlı xəbərdarlıq edərək bildirib ki, inkişaf etmiş ölkələrin ehtiyatları iyunun əvvəlinə qədər “əməliyyat gərginliyi səviyyəsinə” düşəcək.
Bank analitiklərinə görə, Qərbi Asiyada neft tədarükündə fasilələr davam edərsə, böyük iqtisadiyyatların strateji ehtiyatlardan istifadə etməklə çatışmazlığı kompensasiya etmə imkanları ciddi şəkildə məhdudlaşacaq və bu da qlobal neft qiymətlərinə əlavə təzyiq yaradacaq.
Fərqli baxış

