Kateqoriyasız

Britaniyada Keir Starmer və Labour Party daxilində böhran

hajiinfo

Britaniyada Keir Starmer və Labour Party daxilində böhran

Starmerin çıxışı böhranı dərinləşdirib!

Britaniyanın baş naziri partiya daxilindəki böhranı yumşaltmaq və hökuməti “yenidən qurmaq” məqsədi ilə etdiyi çıxışda daxili müxalifəti sakitləşdirə bilməyib və yeni tənqid dalğası ilə üzləşib.

Starmer çıxışında son yerli seçkilərdə Leyborist Partiyasının ağır məğlubiyyətinə görə məsuliyyəti qəbul etsə də, istefa vermək niyyətində olmadığını və 2029-cu ildə keçiriləcək ümumi seçkilərə qədər vəzifədə qalacağını bildirib.

Lakin çıxışdan cəmi bir neçə saat sonra, onun istefasını açıq şəkildə tələb edən Leyborist deputatların sayı 45-ə yüksəlib. Bu isə hakim partiya daxilində parçalanmanın dərinləşdiyini göstərir.

Son hadisələr göstərir ki, vəziyyəti sabitləşdirməli olan bu çıxış əksinə, siyasi böhranı daha da gücləndirib və Starmerin gələcəyi ilə bağlı sualları artırıb.

Fərqli baxış

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha