Moskva: “Qərb Suriyadakı terrorçuları İranla müharibəyə gətirir”
Fərqli baxışın verdiyi xəbərə görə, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) rəhbəri bildirib ki, Qərb kəşfiyyat xidmətləri Suriyalı terrorçuları İranla müharibədə proksi qüvvə kimi istifadə etmək cəhdlərini davam etdirir.
Məlumata görə, Aleksandr Bortnikov Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin təhlükəsizlik orqanları rəhbərlərinin 58-ci iclasında deyib ki, Qərb İŞİD və digər terror qruplarında döyüşmüş, hazırda Suriyadakı həbs düşərgələrində saxlanılan şəxslərdən istifadə etməyi planlaşdırır.
Bortnikov bildirib ki, bu silahlı şəxslər hazırda İraqdakı xüsusi düşərgələrə köçürülür və belə qüvvələr təkcə Qərbi Asiyada deyil, mənşə ölkələrində də istifadə oluna bilər.
Fərqli baxış

