İsrail rejiminin jurnalistlərdən və insan haqları müdafiəçilərindən casusluq etməsi
Sionist mənbələr açıqlayıb ki, İsrail rejimi mobil telefonlar üçün hazırlanmış proqram vasitəsilə dünyanın müxtəlif ölkələrindəki jurnalistlərdən, fəallardan və insan haqları müdafiəçilərindən casusluq edib.
Sionist “Haaretz” qəzeti, “Inside Story” və WAV araşdırma qrupu ilə birgə aparılan araşdırma, habelə Beynəlxalq Amnistiya Təşkilatının texniki təhlili nəticəsində “Intellexa” şirkətinin daxili mexanizmləri ifşa olunub.
Bu şirkət İsrail rejimi ilə əlaqəli muzdlu casus proqram şirkətidir və keçmiş İsrail kəşfiyyat zabiti Tal Dilian tərəfindən qurulub. Intellexa şirkəti bir çox ölkədə jurnalistləri, fəalları və insan haqları müdafiəçilərini hədəf alan “Predator” casus proqramının arxasında duran təşkilatdır.
Fərqli Baxış

