İran

İran mütəxəssisləri tərəfindən dünyanın ən mürəkkəb ağciyər dərmanının tərs mühəndisliyi

hajiinfo

İran mütəxəssisləri tərəfindən dünyanın ən mürəkkəb ağciyər dərmanının tərs mühəndisliyi

Fərqli baxış xəbər verir ki,İran txnoloji şirkətinin texniki məsuliyyət daşıyanı Tahirə Kohən bildirib:

“Komandamız tərs mühəndislik vasitəsilə dünyanın ən mürəkkəb ağciyər dərmanının (ivakaftor) aktiv maddəsini və son məhsulunu ölkə daxilində yerli istehsal etməyi bacardı ki, artıq idxal ehtiyacı qalmasın.

Bu dərmanın orijinal brend versiyasının dəyəri hər xəstə üçün illik təxminən 360 min dollar idi; bu nailiyyətlə bu rəqəm yüz dəfə azalaraq təxminən 3 min dollara çatıb və təxmin edilir ki, yalnız xəstələrin bir hissəsinin əhatə edilməsi ilə illik 60 milyon dollar valyutanın ölkədən çıxmasının qarşısı alınacaq.

Bu dərmanın istifadəsi ağciyər funksiyasının yaxşılaşması, ölüm nisbətinin azalması və sislik fibroz xəstəliyindən əziyyət çəkən uşaqlarda normal artım prosesinin bərpası kimi əhəmiyyətli təsirlərə malikdir; təəssüf ki, əvvəllər xarici dərmanın yüksək qiymətləri səbəbilə bu xəstələr tez-tez həyatlarını itirirdilər.

Hazırda son məhsul Qida və Dərmanlar üzrə
Komissiya iclasından icazə almaq ərəfəsindədir və ümid edirik ki, ilin sonuna qədər istehsal lisenziyası veriləcək və bu həyati dərman ölkədə müəyyən edilmiş 3100 xəstə üçün əlçatan olacaq.

Fərqli baxış

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha