“Hizbullah” Partiyasının İsrailin Bleyda kəndinə hücumu ilə bağlı bəyanatı
بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِيمِ – Rəhmli və Mərhəmətli Allahın adı ilə
İsrail düşməni öz cinayətkar hücumlarını Livan ərazisində davam etdirir və bu dəfə də Livanın suverenliyini və vətəndaşlarının toxunulmazlığını kobud şəkildə pozub.
Bu gün səhər saatlarında İsrail ordusu sərhəd yaxınlığında yerləşən Bleyda kəndinə daxil olaraq bələdiyyə binasına hücum edib və orada yuxuda olan bələdiyyə işçisi İbrahim Səlaməni soyuqqanlılıqla qətlə yetirib. Bu hadisə, düşmənin amansız və qan tökməyə susamış təbiətini bir daha nümayiş etdirir.
ABŞ-İsrail Əlaqələri və “Yaşıl İşıq” Mesajı
Hizbullah bildirir ki, bu hücum ABŞ nümayəndəsinin Livana səfərindən dərhal sonra baş verib. Bu da Vaşinqtonun İsrailə yeni təcavüzlər üçün “yaşıl işıq” yandırdığını sübut edir.
Partiya bəyan edir ki, İsrailin bütün bu eskalasiyaları və hücumları Amerikanın birbaşa dəstəyi və razılığı ilə həyata keçirilir.
Məqsəd isə Livana siyasi təzyiq göstərmək, ölkəni xarici planlara tabe etdirmək və milli güc amillərini zəiflətməkdir.
Milli Birlik və Dövlətə Çağırış
Hizbullah dövlət orqanlarını və bütün siyasi qüvvələri vahid və məsuliyyətli mövqe tutmağa çağırır:
“Bu, sadəcə cənubun və ya Hizbullahın məsələsi deyil – bu, Livanın suverenliyi və milli ləyaqət məsələsidir.”
Partiya Prezidentin ordunun İsrail təxribatlarına qarşı dayanmaq əmri verməsini mühüm və təqdirəlayiq addım kimi dəyərləndirir və ordunun siyasi, maliyyə və texniki cəhətdən daha çox dəstəklənməsini zəruri sayır.
Eyni zamanda, hökumətdən passiv siyasətdən imtina edib, Livan vətəndaşlarını və maraqlarını qorumaq üçün fərqli və təsirli diplomatik addımlar atmaq tələb olunur.
Beynəlxalq Cavabdehlik və Sükuta Tənqid
Hizbullah beynəlxalq ictimaiyyətə, xüsusilə BMT-yə, Təhlükəsizlik Şurasına və UNIFIL qüvvələrinə müraciət edərək bildirir ki, onlar sadəcə seyrçi mövqedə qalmamalı, İsrailin bu təcavüzünü dayandırmaq üçün qəti addımlar atmalıdırlar.
Əks halda, bu sükut cinayətə şəriklik kimi qiymətləndiriləcək.
Şəhidə Hörmət və Xalqa Başsağlığı
Sonda partiya şəhid İbrahim Səlamənin ailəsinə, Bleyda bələdiyyəsinə və kənd sakinlərinə dərin hüznlə başsağlığı verir və belə dua edir:
“Allah şəhid İbrahim Səlamiyə rəhmət etsin, dərəcəsini ucaltsın.
Cənub xalqına və bütün Livana səbir, güc və yaxın zamanda qurtuluş nəsib etsin.”
Hizbullahın Mətbuat Xidməti
30 oktyabr 2025-ci il — 8 Cümadəl-əvvəl 1447 h.q.
Fərqli baxış

