Azərbaycan

Azərbaycanda keçiriləcək Cuhud konfransına İran mane oldu?

hajiinfo

Azərbaycanda keçiriləcək Cuhud konfransına İran mane oldu?

Fərqli Baxış-ın verdiyi xəbərə görə, öncədən xəbər vermişdik ki, Bakıda keçirilməsi planlaşdırılan Avropa Ravvinləri Konfransı təhlükəsizlik səbəbləri ilə təxirə salınıb.

İsrail mediası hadisədə İranı günahlandırsa da, gerçək səbəb Azərbaycan müsəlmanlarının və qonşu müsəlman ölkələrdə yaşayan insanların sionist ravvinlərin Bakıya gəlişinə göstərdiyi sərt etirazlar olub.

Bakıda olan və ətraf ölkələrdəki müsəlmanların xəbərdarlıqlarından sonra sionist təşkilatçılar “konkret təhlükə siqnalları” aldıqlarını etiraf ediblər. Nəticədə, konfransın başqa tarixə və yerə keçirilməsi qərara alınıb.

Konfransda İsrailin baş ravvinləri David Yosef və Kalman Ber, həmçinin israilli nazirlər Amixay Çikli və Amixay Eliyahu iştirak etməli idi. Təşkilatçılar açıqlama yayaraq tədbirin ləğvinin “nəzarətlərindən kənar səbəblərlə” bağlı olduğunu bildiriblər və Azərbaycan hökumətinə də “dəstəyə görə təşəkkür” ediblər.

Qeyd edək ki, sionist mediası belə xəbərlər yaymaqla Azərbaycana İranı pis göstərməyə və əslində İranın Azərbaycan üçün təhlükəli olduğu fikrini formalaşdırmağa çalışır. Halbuki bu, ölkədəki və xaricdəki müsəlmanların birliyinin nəticəsidir.

Fərqli baxış

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha