Kateqoriyasız

Ceffri Epşteynin qardaşı onun “intihar məktubu”nu saxta adlandırıb

hajiinfo

Ceffri Epşteynin qardaşı onun “intihar məktubu”nu saxta adlandırıb

Fərqli baxış xəbər verir ki, Ceffri Epşteynin qardaşı Mark Epşteyn, Nyu-York federal məhkəməsi tərəfindən yaxın zamanda yayımlanan və qardaşına aid “intihar məktubu” kimi təqdim edilən sənədin saxta olduğunu bildirib və onun ölümü ilə bağlı rəsmi versiyanı yenidən şübhə altına alıb.

O, “National Enquirer” və “TMZ”ə açıqlamasında deyib: “Əgər Ceffri intihar etmək və məktub yazmaq istəsəydi, onu konkret bir şəxsə ünvanlayardı, ümumi vida mesajı yazmazdı. Buna inanmıram.”

Mark Epşteyn həmçinin bildirib ki, köhnə e-maillərdən istifadə etməklə belə bir məktub hazırlamaq çətin olmayıb. O vurğulayıb ki, qardaşının öldürüldüyünə inanmağa davam edir və bunun intihar olmadığını düşünür.

Məlumatlara görə, bu məktub Epşteynin keçmiş kamera yoldaşı tərəfindən gündəmə gətirilib, lakin indiyədək rəsmi şəkildə təsdiqlənməyib.

Bu məsələ 2019-cu ildə həbsxanada ölən Ceffri Epşteynin ölümü ətrafındakı şübhə və mübahisələri yenidən artırıb.

Fərqli baxış

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha