Kateqoriyasız

ABŞ İraqın neft nazirinin müavinini sanksiyaya salıb

hajiinfo

ABŞ İraqın neft nazirinin müavinini sanksiyaya salıb

Fərqli baxış xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi İran üzərində təzyiqi artırmaq məqsədilə İraqın neft nazirinin müavini və İraqdakı müqavimət qruplarının bəzi komandirlərinə sanksiya tətbiq etdiyini iddia edib.

Nazirlik İraq neft nazirinin müavini Əli Muaric əl-Bəhdəlini “İraq neftinin İrana yönləndirilməsinə yardım etmək üçün vəzifəsindən sui-istifadə etməkdə” ittiham edib.

Həmçinin “Kataib Seyyid əl-Şühəda” və “Əsaiib Əhl əl-Haq” qruplarının üç yüksək rütbəli komandiri də yeni sanksiya siyahısına daxil edilib.

ABŞ Maliyyə Nazirliyi əlavə olaraq Bəhdəli ilə əlaqəli olduğu iddia edilən dörd şirkəti də sanksiyaya məruz qoyub.

Qurum bu addımların İranın maliyyə mənbələrini kəsməyə yönəlmiş “maksimum iqtisadi təzyiq” strategiyasının bir hissəsi olduğunu bildirib.

Fərqli baxış

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha