Kateqoriyasız

Bolqarıstan 2025–2029-cu illər üçün Azərbaycanla mədəni əməkdaşlıq proqramını təsdiqləyib

hajiinfo

Bolqarıstan Nazirlər Şurası cümə axşamı günü Bolqarıstan və Azərbaycanın Mədəniyyət nazirlikləri arasında 2025–2029-cu illəri əhatə edən əməkdaşlıq proqramının layihəsini təsdiqləyib.

Məlumata görə, layihə hər iki ölkənin ortaq maraqlarını nəzərə alır və Bolqarıstanla Azərbaycan arasında praktik mədəni əlaqələrin inkişafını təmin edən müddəaları özündə ehtiva edir. Proqram musiqi, təsviri incəsənət, muzey və qalereyalar, daşınan və daşınmaz mədəni irs, qanunsuz yolla aparılmış mədəni dəyərlərin geri qaytarılması, kitab və kitabxanalar, kino, folklor, opera, dram, kukla və sirk teatrı kimi sahələrdə əməkdaşlığı nəzərdə tutur.

Sənəd, həmçinin təcrübə mübadiləsi və mədəni, yaradıcı sənayelər sahəsində əməkdaşlığın dərinləşdirilməsi üçün əsas çərçivə yaradır.

Fərqli baxış

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha