Kateqoriyasız

Almaniyada Qədir-Xum Bayram tədbiri keçirilib

hajiinfo

Almaniyada Qədir-Xum Bayram tədbiri keçirilib

İyunun 6-ı Almaniya İmam Zaman (əf) Mərkəzinin təşkilatçılığı ilə Mərkəzdə Qədir-Xum Bayram tədbiri keçirilib. Mərkəzdən Fərqli Baxışa verilən məlumata əsasən, zöhr namazından dərhal sonra başlayan tədbirdə Qədir-Xum haqqında söhbət və şeirlər dinlənilib. Bayram süfrəsilə davam edən tədbir dindarların səmimi və mehriban müzakirələrilə başa çatıb.

Tədbirdə Almaniya və Hollandiyadan olan dindarlar iştirak ediblər.

Qeyd edək ki, Almaniya İmam Zaman (əf) Mərkəzi Almaniyada azərbaycalılara məxsus olan ilk və tək ibadət yeridir. Əsas fəaliyyəti dini təbliğ, şəhadət və mövludların təşkili, İslami maariif və sair işlərdən ibarətdir. Mərkəzin sədri burada mühacirətdə yaşayan ruhani, araşdırmaçı-jurnalist Cavid Cabbarlıdır.

Fərqli baxış

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha