Azərbaycanın Xalq artisti, görkəmli xanəndə Alim Qasımov Kanadanın Ontario vilayətinin Toronto şəhərində konsert proqramı ilə çıxış edib. Bu, sənətkarın 18 ildən sonra Kanadadakı musiqisevərlərlə yenidən görüşü olub.
Fərqli baxış xəbər verir ki, “The Creative School Churusalis” yaradıcı mərkəzində keçirilən konserti min nəfərdən çox tamaşaçı – Kanadada yaşayan azərbaycanlılar, Azərbaycan icmasının nümayəndələri, cənubi azərbaycanlılar və digər millətlərdən olan musiqisevərlər böyük maraqla izləyiblər.
Xanəndənin kanadalı xoreoqraf və rəqs novatoru Saşar Zariflə birgə hazırladığı “Məhəbbət” adlı konsert proqramı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Alim Qasımovun ruhu titrədən vokal improvizasiyaları ilə Zarifin sufizmdən ilhamlanan rəqsləri birləşərək muğamla səmanın, musiqi ilə rəqsin, sədaqətlə həsrətin qədim bağını yenidən canlandırıb.
Sənətkarı səhnədə dörd nəfərdən ibarət Muğam Ansamblı müşayiət edib.
Fərqli baxış

