BMT Qəzzədə mülki insanların öldürülməsinin davam etməsi ilə bağlı xəbərdarlıq etdi
BMT-nin İşğal Altındakı Fələstində İnsan Haqları Ofisinin direktoru Əcit Sonqay İsrailin Qəzzəyə hücumlarının atəşkəs razılaşmasından sonra belə mülki insanların öldürülməsini davam etdirdiyini bildirərək ciddi xəbərdarlıq edib.
O vurğulayıb ki, beynəlxalq ictimaiyyət qan tökülməsinin dayandırılması üçün dəstəyini və təzyiqlərini artırmalı, Qəzzənin vəziyyətinin yaxşılaşdırılması və yenidən qurulması üçün insan haqlarına əsaslanan bir proses izləməlidir.
Sonqay əlavə edib ki, Qəzzə böhranı hələ sona yaxınlaşmayıb. Bu bölgənin sakinləri hər gün həyatlarını itirirlər — ya İsrail hücumları nəticəsində, ya da humanitar yardımların, xüsusilə də sığınacaqla bağlı yardımın qarşısının alınması səbəbilə. Bu məhdudiyyətlər soyuqdan və ya binaların uçması nəticəsində insanların ölümünə gətirib çıxarır.
Fərqli baxış

