Urmiyənın cümə imamı: “İsrafdan çəkinin, qaçaqmalçılıq ölkəni zəiflədir”
Fərqli Baxışın verdiyi xəbərə görə, Urmiyanın cümə imamı Höccətülislam Seyyid Mehdi Qureyşi bu həftəki xütbəsində hökumətə dəstəyin vacibliyini vurğulayıb və ölkə iqtisadiyyatına ciddi təsir göstərən israf və qaçaqmalçılıq problemlərinə diqqət çəkib.
Cümə imamının bildirdiyinə görə, dövlət Ali Məqamlı Rəhbərin tövsiyələrinə uyğun olaraq mücahid şəkildə fəaliyyət göstərməli, xalq isə dövləti dəstəkləməlidir. O qeyd edib ki, vəhdət və milli həmrəylik düşmən təzyiqlərinə qarşı cəmiyyəti qoruyan əsas dayaqlardır.
Höccətülislam Qureyişinin dediyinə görə, ölkənin qarşısındakı ən ciddi maneələrdən biri hər il təxminən 30 milyard dollar dəyərində malın və 21 milyon litrdən çox yanacağın qaçaqmalçılıq yolu ilə ölkədən çıxarılmasıdır. Xətib əlavə edib ki, israf da iqtisadiyyata ağır yükdür, çünki qaz və benzin kimi enerji mənbələrinin istehlakı normadan xeyli yuxarıdır.
Cümə imamı bildirib ki, Məclis (Parlament) Gününün mahiyyəti də nəzərə alınaraq, cəmiyyətin inkişafında məktəblərin rolu önəmlidir və Təhsil Nazirliyi müəllim seçiminə daha ciddi yanaşmalıdır.
Fərqli baxış

