Astaranın cümə imamı: “Deputatlar Müdərris kimi təzyiqlərə qəhrəmancasına sinə gərməlidir”
Fərqli Baxışın verdiyi xəbərə görə, Astara cümə imamı Höccətülislam Məhəmmədrza Salehian Ayətullah Müdərrisin şəhadət ildönümü və Məclis (Parlament) Günü münasibətilə çıxış edərək deputatlardan ölkənin böyük məsələlərinə xüsusi diqqət yetirməyi və Şəhid Müdərris kimi təzyiqlərə qarşı cəsarətlə dayanmağı tələb edib.
Cümə imamının bildirdiyinə görə, millət vəkilləri təkcə öz seçki dairələrinin deyil, bütövlükdə ölkənin mənafeyini qorumağa məsuldur. Höccətülislam Salehian 7 Azər – İran Dəniz Qüvvələri Gününü də xatırladaraq, bu qüvvələrin su sərhədlərini və milli maraqları qorumaqda göstərdiyi fədakarlığı yüksək qiymətləndirib.
Xətib bildirib ki, Astara şəhərində ağır avtomobillərin hərəkəti ciddi problemlər yaradır və bələdiyyə bu məsələnin həlli üçün təxirəsalınmaz tədbirlər görməlidir. O əlavə edib ki, bu avtomobillərdən alınan rüsumlar insanların rifahı üçün xərclənməlidir.
Höccətülislam Salehianın dediyinə görə, Ali Məqamlı Rəhbərin bəyanatları ABŞ-ın müxtəlif regionlarda müharibə və soyqırım yaratdığını bir daha göstərir. O vurğulayıb ki, bölgə xalqlarının birliyi ABŞ və İsrail rejiminin məğlubiyyətinə gətirib çıxarıb.
Fərqli baxış

