ABŞ xalqı Vaşinqtonun Venesuelaya hərbi müdaxiləsinə qarşıdır
ABŞ-da YouGov tərəfindən keçirilən yeni sorğu göstərib ki, amerikalıların 76 faizi Venesuelaya hərbi müdaxiləyə qarşıdır. Onların fikrincə, Tramp mümkün hərəkətlər barədə əvvəlcə aydın izahat verməlidir.
Sorğu CBS telekanalı ilə birlikdə keçirilib və nəticələr göstərir ki, həm Respublikaçılar Partiyasının tərəfdarlarının 64 faizi, həm də Demokratların 97 faizi ABŞ hökumətinin Venesuela siyasəti barədə daha şəffaf olmasını tələb edir.
Respondentlərin 61 faizi Venesuelanı ABŞ üçün ciddi təhlükə hesab etmir və mümkün hərbi addımı lazımsız sayır.
Sorğuda iştirak edənlərin üçdə dördü — o cümlədən respublikaçıların yarıdan çoxu — bildiriblər ki, Venesuelaya qarşı hər hansı hərbi əməliyyata yalnız Konqres icazə verməlidir.
Fərqli Baxış

