Nigeriyada 50 məktəbli, insan oğrularının əlindən qaçdı
Fərqli baxış xəbər verir ki, Nigeriyanın şimalındakı bir məktəbdən təxminən 300 məktəblinin qaçırılmasından bir neçə gün sonra, ən azı 50 nəfər silahlı dəstələrin əsarətindən qaçmağı bacardı.
Bu məktəblilər və müəllimləri cümə günü Niger ştatının ucqar Papri icmasında yerləşən Müqəddəs Məryəm Katolik məktəbinə hücum edən silahlı şəxslər tərəfindən qaçırılıb.
Hələlik heç bir qrup bu qaçırma hadisələrinə görə məsuliyyəti öz üzərinə götürməyib və rəsmilər taktiki komandaların yerli ovçularla birlikdə uşaqları xilas etmək üçün yerləşdirildiyini elan ediblər.
Fərqli baxış

