Beyrutun mərkəzində antisionist etiraz aksiyası
Livanın paytaxtı Beyrutun sakinləri bu gün (bazar ertəsi) şəhərin mərkəzində antisionist aksiya keçirərək sionist rejimin hücumlarını qınayıblar.
“Həmra küçəsində” keçirilən aksiyada Livan cəmiyyətinin müxtəlif qruplarından və dinlərindən olan insanlar iştirak edib və sionist düşmənin tamahkarlığına və ekspansionist siyasətinə qarşı müqavimət və dayanmaq hüququnu vurğulayıblar.
Etirazçılar bildiriblər ki, Livan xalqının heç bir təbəqəsi sionist rejimin təcavüzündən təhlükəsiz deyil və bu hücumları dayandırmağın yeganə yolu xalqın birliyi və müqavimətidir.
Fərqli Baxış

