Azərbaycan

Bakıda NATO-nun Mobil Təlim Qrupu kurs keçirir

hajiinfo

Bakıda NATO-nun Mobil Təlim Qrupu kurs keçirir

Fərqli baxış xəbər verir ki, Niderlandın Brunsum şəhərində yerləşən NATO-nun Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu Bakıda “Təcrübənin öyrənilməsi” mövzusunda kurs keçirir.

Kurs 2025-ci il üçün Azərbaycan Müdafiə Nazirliyi ilə NATO arasında “Fərdi Tərəfdaşlıq Əməkdaşlığı Proqramı”na uyğun təşkil olunub.

Açılışda çıxış edən Müdafiə Nazirliyinin Baş Əməliyyat İdarəsinin rəisi Əliyev qonaqları və iştirakçıları salamlayaraq, Azərbaycan ilə NATO arasında hərbi əməkdaşlığın genişləndirilməsinə yönəlmiş belə tədbirlərin əhəmiyyətindən danışıb.

Sonra təlimçilər iştirakçılara NATO haqqında ümumi məlumat verib, alyansın strukturuna və keçirilən təlimlər və əməliyyatlar zamanı əldə olunan təcrübəyə dair brifinqlər təqdim ediblər.

Fərqli baxış

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha