Samsungun İsrail üçün casusluq fəaliyyəti!
Fərqli baxış xəbər verir ki, Middle East yeni bir məlumatında Samsungun istifadəçilərin silə bilmədiyi və ya geri qayıtmasının qarşısını ala bilmədiyi “AppCloud” adlı əvvəlcədən quraşdırılmış proqram vasitəsilə İsrail üçün etdiyi narahatedicı casusluq fəaliyyətini araşdırdı.
Samsung istifadəçiləri AppCloud-un şəbəkəyə tam çıxış, bildirişsiz fayl yükləmə və telefonun söndürülməsinin qarşısını almaq kimi icazələr aldığını göstərən ekran görüntüləri yayıblar. Təhlükəsizlik mütəxəssisi bu icazələri “daimi məlumat ötürülməsi yolu” kimi təsvir edib.
International Cyber Digest-in məlumatına görə, bu proqram deaktiv edilsə belə, hər yenilənmədən sonra yenidən geri qayıdır və gizli şəkildə başqa proqram təminatları quraşdıra bilər.
Fərqli baxış

