İran

Zəncanın imam-cüməsi: ABŞ və Avropa hökumətləri terror qruplarını dəstəkləyir

hajiinfo

Zəncanın imam-cüməsi: ABŞ və Avropa hökumətləri terror qruplarını dəstəkləyir

Fərqli Baxışın verdiyi xəbərə görə, Zəncanın müvəqqəti imam cüməsi Hüccətülislam Mir Yaqub Musəvi cümə xütbələrində beynəlxalq siyasətlərə və regiondakı vəziyyətə toxunub.

Hüccətülislam Musəvi bəyan edib ki, İran dünyada terrorun ən böyük qurbanıdır. O, ABŞ və Avropa hökumətlərinin terrorçu qruplara dəstəyini xatırladaraq, münafiqlərin (Xalq Mücahidləri partiyası) 17 mindən çox İran xalqını şəhid etdiyini qeyd edib.

İmam cümə həmçinin, regiondakı vəziyyətə diqqət çəkərək Qəzzədə müdafiəsiz əhalinin kütləvi qətliamları qarşısında bəzi hökumətlərin sükutunu tənqid edib.

Hüccətülislam Musəvinin sözlərinə görə, Qüdsü işğal edən rejim insan haqları iddiaçısı olan ölkələrin sükutu şəraitində geniş miqyaslı terror və cinayətlər törətməkdədir.

Fərqli baxış

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha