İran

Yunanıstanda sionist “Tehran” serialının prodüseri həyatını itirib

hajiinfo

Yunanıstanda sionist “Tehran” serialının prodüseri həyatını itirib

Fərqli baxış xəbər verir ki, sionist təbliğat serialı “Tehran”-ın dördüncü mövsümünün çəkilişlərinin qızğın vaxtında onun prodüserlərindən biri Afinada ölü tapılıb. Qadının meyiti əlaqəni kəsdikdən sonra mehmanxana otağında aşkarlanıb. Yunanıstan polisi istintaqa başlayıb; ilkin məlumatlara görə, zorakı ölüm əlamətləri aşkar edilməyib.

Apple TV+ platformasına satılan və sionist 11-ci kanalda yayımlanan “Tehran” layihəsi sionist rejiminin media maşınının bir hissəsidir: serial cinayətkar sionist kəşfiyyatı “Mossad”-ı romantikləşdirir, reallığı təhrif edir və İran İslam cümhuriyyətinin şeytanlaşdıraraq, sionist təcavüzü və gizli əməliyyatları “qəhrəmanlıq” kimi təqdim edir.

Bu cür mədəniyyət məhsulları işğalçı rejimin cinayətkar siyasətinə – Qəzzənin bombalanmasına, Livan və Suriyadakı qətllərə, İrana qarşı təhdidlərə və regional təhlükəsizliyin pozulmasına xidmət edir. Qərb və sionizm kino və seriallar vasitəsilə zorakılığı normallaşdırır və müstəmləkəçi hökmranlığını əsaslandırır. Sionistlərin İran və “Müqavimət Oxu”-na qarşı informasiya müharibəsi müxtəlif üsullarla sistemli şəkildə aparılır.

Fərqli baxış

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha