Kateqoriyasız

Yəmən inqilabı və Ənsarullah hərəkatının lideri Seyyid Əbdulməlik Bədrəddin Əl-Husi, şəhid Seyid Həsən Nəsrullahın və digər şəhidlərin şəhadətinin birinci ildönümü münasibətilə çıxış edib.

hajiinfo

 

Əl-Husi çıxışında Seyyid Həsən Nəsrullahın və onun silahdaşlarının şəhidliyini böyük hüzn və başsağlığı ilə yad etdiklərini bildirib. O, Nəsrullahın müqavimət və cihad yolundakı irsinin davam etdiyini, onun ədalətli mübarizəsinin və zəhmətinin nəticələrinin geniş təsirə malik olduğunu vurğulayıb. Seyid Həsən Nəsrullahın liderliyi nəticəsində formalaşan nəsilin müqavimət ruhu ilə yetişdiyini, bu nəsilin ümmətdə məsuliyyət və şüur hissini gücləndirdiyini söyləyib.

Əl-Husi çıxışında 2000 və 2006-cı illərdə Livanın əldə etdiyi zəfərlərin tarixi əhəmiyyətinə toxunaraq, bu uğurların ümmət üçün nümunə olduğunu qeyd edib. O, ABŞ-ın “Yeni Yaxın Şərq” layihəsini və İsrailin siyasətlərini kəskin tənqid edərək, müqavimətin bu planlara qarşı dayandığını bildirib.

Lider həmçinin Hizbullahın silahının Livanın müdafiəsində əsas rol oynadığını, müqavimətin və ümmətin müdafiəsi üçün silah və hərbi gücün zəruri olduğunu vurğulayıb. O, silahın özlüyündə problem olmadığını, problemin onun olmamasında olduğunu, silahın düşməni çəkindirdiyini və işğala qarşı müdafiəni təmin etdiyini söyləyib.

Çıxışın əsas mesajlarından biri birlik, müqavimət və davamlı mübarizə çağırışı olub. Əl-Husi ümmətə sionist planlara qarşı müqaviməti davam etdirməyi, şəhidlərin ideyalarını yaşatmağı və regiondakı təhlükələrə qarşı birgə dayanmağı tövsiyə edib.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha