Kateqoriyasız

Yəmən inqilabı və Ənsarullah hərəkatının lideri Seyyid Əbdülməlik Bədrəddin əl-Husinin 30 Noyabr Müstəqillik günü münasibətilə bəyanatı

hajiinfo

Yəmən inqilabı və Ənsarullah hərəkatının lideri Seyyid Əbdülməlik Bədrəddin əl-Husinin 30 Noyabr Müstəqillik günü münasibətilə bəyanatı:

“Bismillahir-Rahmənir-Rahim
Əziz qardaşlar və bacılar,
Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.

30 Noyabr “Son britaniyalı əsgərin Ədən şəhərindən çıxarılması” günü münasibətilə sizləri səmimi-qəlbdən təbrik edirəm. Bu hadisə ölkəmizin təxminən 128 il ərzində geniş ərazilərini işğal etmiş Britaniya müstəmləkəçiliyinə son qoyan mühüm tarixi dönəmdir. Bu işğal dövründə Britaniya ən ağır cinayətlər törətmiş, onların ölkəmizi asanlıqla işğal etməsinə və uzun illər idarə etməsinə isə bəzi xəyanətkar yerli ünsürlərin rolu yardım etmişdi. Onlar Britaniyaya böyük xidmətlər göstərərək minlərlə döyüşçü toplamaqda və işğala yol açmaqda yardımçı olmuşdular.

Britaniya və Qərb dünyasının digər güclərinin İslam ölkələrini və başqa xalqları işğal etdiyi həmin dövr bəşər tarixinin ən ağır, ən acımasız mərhələlərindən biri idi. Qərb imperiyaları tamamilə vəhşi və tamahkar şəkildə xalqları əsarət altına alır, sərvətlərini talayır, müqaviməti susdurmaq üçün isə milyonlarla insanı qətl, aclıq, xəstəliklər və digər üsullarla məhv edirdilər. Xalqlar ayağa qalxdıqda və Qərb gücləri öz aralarındakı müharibələr və rəqabət səbəbilə zəiflədikdə, Britaniya birbaşa işğal siyasətini davam etdirə bilmədi. Bunun ardından Qərb ölkələri İslam dünyasında “dolayı idarəetmə” sistemini quraraq xalqları özlərindən asılı saxlamaq üçün yerli rejimlər, məzhəbi və mədəni parçalanmalar yaratdı, İslam dünyasının birliyinin və qüdrətinin qarşısını aldı, təhsil və media üzərində nəzarət quraraq xalqları asılı və geri saxladı.

Qərb, xüsusilə ABŞ və Britaniyanın himayəsi altında sionist rejimin Fələstini işğal etməsinə şərait yaratdı və bölgəni tam nəzarət altına almağı hədəfləyən “Böyük İsrail” layihəsinə yol açdı.

Bu gün yaşadığımız hadisələr sionist rejimin ABŞ və Britaniyanın dəstəyi ilə həyata keçirdiyi hücumlar, həmin müstəmləkəçi siyasətin davamıdır. İki il ərzində Fələstin xalqına qarşı törədilən ağır cinayətlər, Livandakı hücumlar, Suriyaya qarşı davamlı təcavüzlər və Yəmən xalqına qarşı edilən zorakılıqlar, Qərb-sionist ittifaqının gerçək niyyətini bütün dünyaya göstərmişdir. İsrail rejimi ABŞ-dan aldığı dəstək vasitəsilə Qəzza zolağını tam işğal etməyə, Fələstin xalqını Qüds, Qərb Sahili və Qəzzadan köçürməyə, Livanı nəzarət altına almağa və Suriyanın geniş bölgələrini tutmağa çalışır. Bu isə “Yeni Yaxın Şərq” layihəsinin bir hissəsidir ki, bütün bölgəni tam şəkildə sionist rejimin maraqlarına tabe etdirməyi nəzərdə tutur.

Bu siyasətə qarşı çıxan bütün azad xalqlara və qüvvələrə qarşı düşmənçilik də elə bu səbəbdəndir. Buna görə, düşmən qüvvələr azad xalqlara qarşı yeni hücum mərhələsi üçün hazırlıq aparır və biz də hər cür təhlükəyə qarşı hazır olmalıyıq.

Əziz xalqımız və bütün rəsmi qurumlarımız, habelə silahlı qüvvələrimiz Fələstin xalqını müdafiə etmək kimi şərəfli bir mövqeyi öz üzərinə götürərək, ABŞ, Britaniya və İsrailin təcavüzünə qarşı qətiyyətlə dayanmışdır. Bu mərhələdə hazırlıqlı olmaq, səfərbərlik fəaliyyətlərini davam etdirmək, cümə günləri keçirilən izdihamlı etiraz aksiyaları, qəbilə birliklərinin meydanlara çıxışı, hərbi və təhlükəsizlik sahəsindəki nailiyyətlər xalqımızın möhkəm iradəsinin göstəricisidir.

Peyğəmbərin (s) “İman Yəməndəndir” kəlamına layiq olan bu xalq haqq yolundan dönməz, təslim olmaz və zülmə boyun əyməz. Çünki sionist cinayətkarlarına boyun əyməyin sonu dünya və axirət ziyanıdır. Biz isə heç vaxt zülmə təslim olmayacağıq.

Mən xalqımızı sabah, inşallah, bazar günü axşam saatlarında Sənada Səbin meydanında böyük və möhtəşəm izdihamla toplaşmağa çağırıram. Bu, bütün dünyaya xalqımızın möhkəm iradəsini, növbəti mərhələyə tam hazırlığını və Fələstin, Livan və bütün zülmə məruz qalan xalqlardan əl çəkməyəcəyini göstərən tarixi mesaj olacaqdır.

Xalqımız Allahın vədinə inanır, sionist rejimin müvəqqəti olduğunu bilir və nəticədə qələbənin müttəqilərin olacağına əmindir.

Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.

Fərqli baxış | Yəmənin Səsi

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha